"Rusiya Ukraynaya qarşı yeni kütləvi zərbələrə hazırlaşır" - Zelenski

23:34 16.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna kəşfiyyatı Rusiyanın Ukraynaya qarşı yeni kütləvi zərbələr endirməyə hazırlaşdığını bildirib.

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində məlumat verib.

O, qeyd edib ki, bu gün hava hücumundan müdafiə qüvvələri və ordu üçün ayrıca tapşırıqlar var: “Hazırda rusların yeni kütləvi zərbələrə hazırlaşdığına dair kəşfiyyat məlumatlarımız var. Tərəfdaşlarımızla hava hücumundan müdafiə raketləri, çox ehtiyac duyduğumuz sistemlər barədə açıq danışırıq”.